Rusiyalıları qorxudan və narahat edən məsələlər

 

“Levada-mərkəzi" rusiyalıları narahat edən məsələlərlə bağlı sorğu keçirib.

Ölkə.Az xəbər verir ki, mərkəzin keçirdiyi sorğu nəticəsində Rusiya cəmiyyətini əsasən aşağıdakı məsələlərin narahat etdiyini müəyyən edib.

Bəlli olub ki, Rusiya cəmiyyətini ən çox narahat edən infilyasiyadır. Əhalinin 54%-i infilyasiyadan narahat olduğunu qeyd edib.

Sorğuda iştirak edənlərin 32%-i Rusiya-Ukrayna hərbi münaqişəsi, Qərblə münasibətlər, o cümlədən sanksiyalardan, 29%-i partlayış və terror təhlükəsindən, 26%-i pensiya yaşının artırılmasından, 24%-i əcnəbi və miqrant axınından, 21%-i korrupsiya və rüşvətxorluqdan, 19%-i səhiyyə əlçatmazlığından, 18%-i yoxsulluq və əhalinin rifah səviyyəsinin aşağı düşməsindən narahat olduğunu qeyd edib.

Mərkəzin apardığı sorğu zamanı oda bəlli olub ki, "Crocus City Hall"dakı terror aktından sonra terror aktları və partlayışlarla bağlı narahatlıq daha çox artıb. 

Mürtəza
Ölkə.Az

0.19638395309448