Solovyov Bakıya şər atmağına “peşman” oldu

 

Rusiyalı aparıcı Vladimir Solovyovun “Krokus Siti Holl”da baş verən terror hadisəsindən sonra “səhvən” terrorçulardan birinin Azərbaycan soyadını daşımasını bildirməsi onun ciddi tənqidinə səbəb olub. Rusiyalı aparıcı tənqidlərin ardınca özünə bəraət qazandırmağa çalışıb.

Axar.az xəbər verir ki, o, bu barədə “Solovyov Layf” efirində deyib.

“Guya mənim hansısa milləti təhqir etdiyim deyilir. Terror hadisəsindən sonra o əclafların birinin soyadını Azərbaycan soyadına oxşatmışam. Bunu erməni və ya qazax soyadına da oxşada bilərdim. Bəyəm, bu, Azərbaycan xalqı ilə problemin olduğunu göstərir? Özünüzə gəlin! Yoxsa demək istəyirsiniz ki, bizdə “müqəddəs millət” və “cinayətkar millət” var? Amma beləsi yoxdur. Mən sovet beynəlmiləlçisiyəm, bütün millətlərə hörmətim var. Sovet dövrünün parlaq xadimləri olub ki, onların sırasına Ermənistandan olanları aid etmirəm, Belarusdan olanları aid edirəm. Azərbaycan rəhbərliyinə gəlincə, Əliyevlə görüşmüşəm və onun haqqında çox yüksək fikirdəyəm. Sakitləşin. Millətlərarası münaqişəni qızışdırmaq istəsəydim, bəzi blogerlərin yolu ilə gedərdim. Bəyəm Zelenskini tənqid edəndə, onun yəhudi olmasına görə yəhidələrdən əks cavab gözləyim?” - o bildirib.

Qeyd edək ki, Solovyov terrorçulardan birinin soyadını azərbaycanlıya “səhvən” bənzədəndən sonra Azərbaycanın teraktda əli olması ehtimalını da irəli sürəcək qədər irəli gedib və ölkəmizə ənənəvi nifrətini nümayiş etdirib.

0.1991970539093