Qazaxıstan buğda əkini sahələrini AZALDIR

 

Bu il Qazaxıstan buğda əkini sahəsini 429 min hektar azaldacaq, əvəzində sosial əhəmiyyətli və yüksək gəlirli bitkilərin sahəsi artırılacaq.

"Ölkə.az" xəbər verir ki, bu barədə Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov hökumətin iclasında bildirib.

"Rayon icra hakimiyyətlərinin məlumatına görə, bu il 23,8 milyon hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkiləcəyi planlaşdırılır ki, bu da 2023-cü ilin göstəricisindən 209,6 min hektar azdır. Belə ki, buğda əkini sahəsinin ötən illə müqayisədə 429,2 min hektar azaldılmaqla 13,3 milyon hektar salınması nəzərdə tutulur", - Saparov deyib.

Onun sözlərinə görə, buğda əvəzinə yağlı bitkilərin əkinini 385,7 min hektar (günəbaxanı 60 min hektar artırmaq) artırılaraq ümumi əkin sahəsini 3,2 milyon hektara çatdırmaq nəzərdə tutulur. Kartof əkini də 6,9 min hektar, qarabaşaq yarması 10,6 min hektar, şəkər çuğunduru 12 min hektar artacaqdır.

0.16671204566956