Mbappenin transferi bu tarixdə elan ediləcək

 

“Real Madrid” PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappenin transferinin vaxtını açıqlayıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, iyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatı başlamazdan əvvəl Mbappe ilə müqavilə imzalandığı rəsmən elan ediləcək.

Qeyd edək ki, Mbappenin Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

 

0.15048789978027