Azərbaycanda milyonluq hotel xüsusi müqavilə bağlayacaq

 

“Kəpəz Mehmanxana” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Ölkə.Az” xəbər verir ki, yığıncaq cari ilin aprelin 6-da saat 10.00-da baş tutacaq.

Yığıncağın gündəliyinə 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi, xüsusi əhəmiyyətli əqdin bağlanılması və digər məsələlər daxildir.

Qeyd edək ki, “Kəpəz Mehmanxana” ASC 29.06.1997 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əhmədli Elvin Kərim oğludur. Şirkətin nizamnamə kapitalı 917 min 284 manat, hüquqi ünvanı Gəncə şəhəri, Gəncə küçəsi, ev 1-dir.

Könül
Ölkə.Az

0.19634890556335