Ançelotti Arda Güləri niyə oyuna salmadığını açıqladı

 

Arda Gülərə az vaxt verdiyi üçün tənqid hədəfi olan "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti susqunluğunu pozub.

Ölkə.Az “Haberler.com”a istinadla xəbər verir ki, o, Arda üçün səbirli olmaq lazım olduğunu bildirib.

“Arda Gülər hər gün fiziki cəhətdən yaxşılaşır. Bilirəm ki, onun üzərində böyük təzyiq var. Çünki bütün ölkə onu "Real Madrid" formasında görmək istəyir.

Halbuki onun cəmi 18 yaşı var. Zamanı gəldikdə o komandada oynayacaq”.

Xatırladaq ki, Arda Gülər Madridin ABŞ-dəki mövsümöncəsi düşərgəsində zədələnib və avqustun 14-də sağ dizindən menisk əməliyyatı keçirib.

Təxminən 2 aya yaxın davam edən zədədən sonra sentyabrın 21-də komanda ilə məşqlərə başlayan ulduz futbolçu sentyabrın 26-da yenidən zədələnərək bir müddət meydandan kənarda qalıb.

Günay 

0.12825417518616