Dövlət Departamenti: ABŞ Bakı ilə İrəvan arasında sülhün mümkünlüyünə əmindir

 

ABŞ Azərbaycan və Ermənistan arasında sülhün hələ də mümkün olduğuna əmindir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə söyləyib.

O vurğulayıb ki, tərəflər arasında danışıqların gedişi barədə konkret məlumat olmasa da, dövlət katibi və digərləri bu istiqamətdə fəal işləyirlər. Dövlət Departamentinin nümayəndəsi ABŞ-nin regionda sülhə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcəyinə bildirib.

0.19518399238586