Azərbaycan və Ermənistan parlament sədrlərinin növbəti ikitərəfli formatda görüşü gözlənilir.
Ölkə.Az-a diplomatik mənbələrdən daxil olan məlumata görə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında növbəti görüş yaxın günlərdə Cenevrə şəhərində baş tutacaq.
Qeyd edək ki, bundan öncə belə bir ikitərəfli formatda görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də keçirilib.
Görüşdə parlament rəhbərləri Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.
Mürtəza
Ölkə.Az