“Qarabağ”ın mükafatlandırılacağı stadion bəlli oldu

 

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan "Qarabağ"ın çempionluq mükafatları XXXVI turun oyunundan sonra təqdim olunacaq.

Təltifetmə mərasimi "Azərsun Arena"da baş tutacaq.

Cari mövsümün son turu çərçivəsində "Araz Naxçıvan"la üz-üzə gələcək "köhlən atlar" matç sonrası qızıl medal və kubokla mükafatlandırlacaq.

Görüşün protokolunda ev sahibi Naxçıvan təmsilçisi göstərilsə də, qarşılaşma Ağdam təmsilçisinin stadionunda keçiriləcək.

"Araz Naxçıvan" - "Qarabağ" görüşü mayın 26-sı oynanılacaq.

0.12871408462524