5 ildə Azərbaycan bu məhsulun idxalını 50 faizə yaxın artırıb

 

2023-cü ildə Azərbaycan 287 min 828 ton plastmassa və onlardan hazırlanan məmulatlar idxal edib. 

Bu 2018-ci illə müqayisədə 48.2% və ya 93 min 563 ton çoxdur. 2018-ci ildə bu rəqəm 194 min 265 ton olub.

2023-cü ildə plastmassa və onlardan hazırlanan məmulatların idxalına 523 milyon 421 min ABŞ dollar xərclənib. Bu da 2018-ci illə müqayisədə 42.2% və yaxud da 155 milyon 347 min dollar çoxdur.

2018-ci ildə plastmassa və onlardan hazırlanan məmulatların idxalına 368 milyon 074 min dollar xərc çəkilib.

©Valyuta.az

0.15996289253235