Vəfatından sonra Əməkdar artist Aygün Bəylərə Xalq Artisti adının verilməsi təklif olub.
Bu barədə sosial şəbəkə istifadəçiləri yazıblar.
Tanımış aparıcı Murad Əzimzadə də bu fikri dəstəkləyənlər arasındadır:
"Vəfatından sonra Aygün Bəylərə Xalq artisti adının verilməsi sənətkarın 14 yaşlı qızına, ailəsinə və milyonlarla sevəninə bir təsəlli, bir dayaq nöqtəsi olar. Sənətkarlığı ilə haqlı olaraq qürrələnən, sənətkar olmasına görə bəzən ədabazlıq edən Aygün Hümbətovanın məzar daşına Əməkdar artist yazılması heç onun özünün də ürəyindən olmazdı. Düşünürəm ki, mədəniyyətimizin Aygünə Xalq artisti adlı gecikən borcu ödənilməlidir! ",- deyə o yazıb.