Bolqarıstan Prezidenti Azərbaycana səfər edəcək

 

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycana rəsmi səfər edəcək.

“Report” Bolqarıstan KİV-ə istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamənin imzalanması planlaşdırılır.

R.Radevin Bakıya səfərinin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm sahələrində ikitərəfli strateji tərəfdaşlığı gücləndirmək və dərinləşdirməkdir.

Bolqarıstan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə energetika naziri vəzifəsini icra edən rəsmi şəxs, Milli Assambleyada Bolqarıstan-Azərbaycan dostluq qrupunun sədri və biznes nümayəndələri daxildir.

Bolqarıstan dövlət başçısını Azərbaycana səfəri zamanı həyat yoldaşı Desislava Radeva müşayiət edəcək.

0.23109889030457