Əsas hədəf ilk öncə Qarabağda elektrik enerjisinin təminatı və stansiyaların qurulmasıdır.
Bunu "Azercell Telekom"un Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva qurumun ESG hesabatının təqdimatı zamanı deyib.
O bildirib ki, işğal vaxtı çox yollar sökülüb, nəqliyyat sistemi arzuolunan səviyyədə deyil:
"Hazırda Ağdam ətrafında müxtəlif stansiyalar quraşdırmışıq. Həmçinin Qarabağda fəaliyyət göstərən ANAMA partnyorlarımız və digər dövlət təşkilatları ilə birgə stansiyaların daha da genişləndirilməsini planlayırıq".
"Bu, bizim üçün yalnız günəş enerjisinin deyil, Günəşli Qarabağa dəstəyin təminatıdır", - deyə Ş. Əliyeva əlavə edib.