Avropada daun sindromlu qadın deputat seçilib

 

İspaniya tarixində ilk dəfə daun sindromlu Mar Galceran adlı qadın deputat olub.

 Demokratikmusavat.com “The Guardian”a istinadla xəbər verir ki, 45 yaşlı qadın “Cəmiyyət daun sindromlu insanların çoxlu töhfə verəcəyini görməyə başlayır. Amma bu çox uzun yoldur", - deyə bildirib.

Qeyd edək ki, Galceran 18 yaşı olanda mühafizəkar Xalq Partiyasına (PP) qoşulub. 

Ötən ilin may ayında Valensiyada keçirilən regional seçkilərdə PP-nin namizədlər siyahısına 20-ci namizəd kimi əlavə edilib.

İspaniyanın Daun sindromu federasiyasına görə, Galceran Avropada regional və ya milli parlamentə daxil olan ilk şəxs ola bilər.

 

 

 

0.14552402496338