Həbsxanadakı qalmaqallı narkobaron yoxa çıxdı - Ekvadorda

 

Cənubi Amerika ölkəsi Ekvadorda "Los Çoneros" dəstəsinin lideri "Fito" ləqəbli Xose Adolfo Macias Villamar saxlandığı Quayaquil həbsxanasından yoxa çıxıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri həbsxana və ətrafında genişmiqyaslı əməliyyat keçirir.

Prezidentin sözçüsü Roberto İzurieta əməliyyatda 3 mindən çox adamın iştirak etdiyini bildirib.

"Hüquq-mühafizə qüvvələrinin cəsarəti və qətiyyətinə görə minnətdarıq", - deyə o, əlavə edib.

Qeyd edək ki, Fito 2011-ci ildə narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq və qətl kimi müxtəlif cinayətlərə görə 34 il həbs cəzasına məhkum edilib. Prezidentliyə namizəd Fernando Villavicencionun qətlində şübhəli bilinən Fito avqust ayında yüksək təhlükəsizliklə qorunan La Roka həbsxanasına köçürülüb. Təşkilatın lideri sentyabrda məhkəmənin qərarı ilə Quayaquil bölgəsindəki həbsxanaya geri göndərilib.

Onun rəhbərlik etdiyi "Los Çoneros" dəstəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi və ölkədəki əsas həbsxanalara nəzarət etməklə tanınır.

 

 

0.20981192588806