Vüqar Qurbanov “mütərəqqi korrupsiya" üsulundan istifadə edir – İDDİA

 

Ölkə Prezidentin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirlərini sərtləşdikcə, rüşvət və korrupsiya ilə məşğul olanlar tətbiq etdikləri rüşvət, korrupsiya, talan mexanizmini dəyişirlər.

Hazırda vəzifə alveri birbaşa rüşvət vermək üsulundan yox, ölkədə başqa təkmil üsulları ilə gedir. Məsələn, daha yuxarı vəzifə sahibləri dövlətin onların rəhbərlik etdiyi təşkilata ayırdığı pul vəsaitini məqsədli olaraq özlərindən aşağı vəzifələrdə çalışan məmurların üzərinə yönəldirlər. Beləliklə, layihə üzrə işlər keyfiyyətsiz görülür, dövlət vəsaiti isə silinərək yuxarı vəzifəli şəxslər tərəfindən mənimsənilir.

Sonda isə xərc çəkən aşağı ranqlı məmurlar yuxarı rəhbərliklə qabaqcadan sövdələşdiyi kimi, centlmen razılaşmasına uyğun olaraq, söz verilən yuxarı, daha qazanclı kresloda əyləşdirilir.

Saytlar üzərindən apardığımız təhlildən və redaksiyaya ayrı-ayrı mənbədən verilən məlumatlara əsasən, bu üsuldan ən çox istifadə edən dövlət qurumlarından biri də Vüqar Qurbanovun icraçı direktor olduğu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) olduğu deyilir.

Məsələn, ötən ilin oktaybr ayının 1-də qaçqınlar üçün istifadəyə verilmiş Hadrut Ailə Sağlamlıq Mərkəzinin (ASM) də belə bir sövdələşmə nəticəsində ərsəyə gəlməsi barədə xalq arasında geniş bir hekayə danışılır.

Deyilənə görə, Hadrut ASM TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə yaradılıb, 6 otaqdan ibarət binada yerləşir, 12 nəfər həkim, orta və kiçik tibb işçisinin 6 min nəfər vətəndaşa xidmət etməsi nəzərdə tutulub. Yaradılan mərkəz bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə, reonomobil ambulansla təmin edilib. ASM Hadrut qəsəbəsində dövlət qurumlarında, təmir və tikinti şirkətlərində çalışan vətəndaşlara, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərə və onların ailələrinə səhiyyə xidməti göstərir.

Hadrut Ailə Sağlamlıq Mərkəzi Ağalı Ailə Sağlamlıq Mərkəzindən sonra işğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayan ikinci ilkin səhiyyə xidməti müəssisəsidir. Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Hadrut Ailə Sağlamlıq Mərkəzinin (ASM) tikintisi ilə bağlı bütün xərcləri Beyləqan Rayon Mərkəzi xəstəxanasının direktoru işləmiş Nurəngiz Bəşirovaya ödətdirib.

TƏBİB sədri Ailə Sağlamlıq Mərkəzini Beyləqan MX-nin direktoru Nurəngiz Bəşirovaya tikdirdiyi barədə məlumatı gizlədib, bu barədə yuxarı orqanlara düzgün məlumat verməyib, əsl həqiqəti dövlət başçısından gizlədiyi deyilir.

O da bildirilir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Beyləqan Rayon Xəstəxanasının direktoru ilə əvvəlcədən razılaşıb ki, o, Hadrut Ailə Sağlamlıq Mərkəzini (ASM) tikdirib təhvil verəndən sonra, o, daha yaxşı gəlirli tibb müəssisəsinə direktor təyin ediləcək...

Beləliklə, TƏBİB-in rüşvətxor olduğu ölkədə dillər əzbəri olan icraçı direktoru Vüqar Qurbanov Hadrut Ailə Sağlamlıq Mərkəzi üzərində vəzifə alveri etməsi onun yüksək səviyyəli kadr olmadığından xəbər verir. Əslində, icraçı direktor Vüqar bəyin işi bununla bitmir. TƏBİB sədrinin yaxın ətrafında olan mənbə bildirir ki, icraçı direktor yayda qızına etdiyi möhtəşəm və bahalı toy məclisinin xərcinin bir hissəsini də Beyləqan MX-nın direktor Nurəngiz Bəşirova ödədib!

Yalnız toydan sonra Vüqar Qurbanov direktor Nurəngiz Bəşirovaya “yaşıl işıq” yandıraraq, onu daha gəlirli və böyük yerə - Bakı şəhər 3 saylı klinikaya baş direktor vəzifəsinə təyin edib...

Hazırda Vüqar Qurbanov tərəfindən cəmi 6 aydır Bakı şəhər 3 saylı klinik xəstəxanasına direktor vəzifəsinə təyin olunmuş Nurəngiz Bəşirova köhnə rüşvətxorluq əməlinə sadiq qalaraq, Xocavənd və Beyləqan rayon Mərkəzi Xəstəxanasında təşkil etdiyi rüşvət şəbəkəsini (N. Bəşirova hər iki xəstəxanadan rüşvətxorluğa görə qovulub) indi Bakı şəhər 3 saylı Sabunçu klinik xəstəxanasında təşkil edib...

Əhali APA-ya "Məni 3 saylı klinikaya TƏBİB yox, Mehriban Əliyeva direktor təyin edib" sərlövhəli müsahibə verən Nurəngiz Bəşirova rüşvətxorluq əməlinə haqq qazandırmaq üçün Birinci vitse-prezidentin adını çəkməsi yalan, böhtandan ibarət olan çox uğursuz cəhddən başqa bir şey hesab etmir!..

Əksinə, Nurəngiz Bəşirovanın ardıcıl olaraq Xocavənd, Beyləqan xəstəxanalarının baş həkimi, direktoru vəzifəsindən əmək kollektivi tərəfindən rüşvətxor kimi qovulub ifşa olması direktorun arxasında durub, onu xəstəxanalar üzrə baş həkim, direktor təyin etdirən şəxs, əhalinin dediyinə görə, FHN rəhbəridir...

Səkinə

 

0.13157892227173