Hər ay 2,5 milyon insanın pulunu mənimsəyən həmkarlar təşkilatı milyonlarla pulu hara sərf edir?
Bir qədər əvvəl Milli Məclisin Sosial Siyasət komissiyasının iclasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyev sanatoriya putyovkalarının qiymətinin 30 faiz artığını bəhanə gətirərək, dövlət büdcəsindən AHİK-ə ayrılan pulun artırılmasını istəyib.
Naxçıvan əhalisindən xəbəri olmayan, lakin onların adından millət vəkili vəsiqəsini 30 ildir cibində gəzdirən, naxçıvanlıların hazırkı ağır durumundan xəbəri olmayan, millət vəkili olaraq, onların pozulmuş hüquqlarını bircə dəfə də olsun, bərpa olunmasın təşəbbüs göstərməyən, xalüa faydası dəyməyən, lakin hər il cibində gəzdirdiyi vəsiqə hesabına dövlət büdcəsindən kifayət qədər pul qoparan Səttar Möhbalıyev görən, törətdiyi saysız-hesabsız naqis əməllərə görə, haçansa, qudası Əli Həsənov kimi, cavab verəcəyi dərin məsuliyyəti dərk edirmi?!..
Səttar Möhbalıyevin ən böyük günahı oğru olmasıdır, oğurladığı var-dövlət hesabına insanların haqqını, hüququnu kobud formada pozmasıdır! O, hazırda ölkədə milyonlarla, bəlkə də, milyardlarla pula və " AHİK adlı imperiya"ya malik olan azsaylı şəxslərdən biridir!
Səttar Möhbalıyev hər ay 26 sahə həmkarları təşkilatında çalışan 2,5 milyon ölkə vətəndaşının əmək haqqından, sahədən asılı olaraq, 1 faizdən 5 faizə qədər "üzvlük haqqı"nı mühasibatlıq vasitəsilə tutur, bu vəsaitin 40 faizini AHİK-in hesabına köçürür və istədiyi kimi xərcləyir, hökumətdə vəzifə tutub, şəxsi qazancını artırmaqla məşğul olan himayəçisilə əl-ələ verib, dədəsinin malı kimi, 2,5 milyon insanın əmək haqqını yeyirlər...
AHİK Azərbaycan dövləti müstəqillik qazanandan bəri, 32 il ərzində həmkarlar təşkilatına üzv olub, hər ay əmək haqqından üzvlük haqqı tutulan insanların əmək, müalicə və istirahət hüququnu təmin və müdafiə etmək vəzifəsini çoxdan unudub.
Baxın, Həmkarlar təşkilatının ən ümdə vəzifəsi əmək intizamına nəzarət etməklə, üzvlərinin əmək hüququnun keşiyində durmalıdır! Gəlin görək, AHİK sistemi bu tələbə əməl edirmi?! Cəmiyyətin bu suala verdiyi cavab belədir: Qətiyyən əməl etmir! Əgər AHİK Əmək Məcəlləsinin tələblərinin yerinə yetirilməsinə nəzarət etsəydi, yəqin, bir fakt belə göstərmək mümkün olardı...
Həmkarların nizamnaməsinə əsasən, ikinci sayılan vəzifəsi üzvlərinin sanatoriya müalicəsini və istirahətini təmin etməkdir. Bu sahədə də durum çox ağır və dözülməzdir. Həmkarlar üzvləri sanatoriya və istirahət yollayışlarını (putyovkalar) illərlə əldə edə bilmirlər, məcbur olub, 350-500 manat rüşvət verməklə yollayış əldə edirlər. Hətta bəzi kateqoriya həmkarlar üzvlərinə pulsuz yollayış (putyovka) verilməsi "Həmkarlar haqqında" Qanunda nəzərdə tutulsa da, Səttar Möhbalıyev bu qanunu yalnız özünün qohum-əqrabasına və bir də yüksək vəzifəli şəxslərin yaxınlarına, tapşırdığı adamlara şamil edir...
Maraqlı haldır ki, Səttar Möhbalıyevin sədrlik etdiyi AHİK dünya "Həmkarlar İttifaqları" təşkilatları nizamnaməsinin tam əksnə fəaliyyət göstərir! Dövlət orqanlarında rəhbər vəzifə tutub, çalışan bütün şəxslər hazırda qüvvədə olan "Əmək Məcəlləsi haqqında" Qanunu kütləvi şəkildə, istədikləri kimi pozurlar, həmkarlar təşkilatının üzvləri işdən qanunsuz çıxarılır, kollektivdə fəaliyyəti yalnız müdirin göstərişlərini acizanə yerinə yetirən HƏMKARLAR təşkilatının sədrləri isə, ya susur, ya da rəhbər şəxsin səhv qərarını müdafiə edirlər...
Belə də həmkarlar təşkilatı olar?!
AHİK Azərbaycanda məmur özbaşınalığından hər gün əzab-əziyyət çəkən milyonlarla "Həmkar üzvlərinin əmək və istirahət hüququnun təmin edilməsi tələbilə" bir dəfə də olsun, konfrans, toplantı keçirib, heç olmasa, məmurları xəbərdarlıq belə, etməyib...
AHİK sistemi rüşvət və korrupsiya okeanında çox azad və sərbəst üzür!
Cənab Prezident ölkədə rüşvətxorluğa qarşı daim mübarizə apardığı halda, amma AHİK sisteminə daxil olan, işləyən əhalinin əmək haqqından tutulan milyonlarla üzvlük haqqını heç nədən çəkinmədən mənimsəyən həmkarlar sturukturlarında əyləşənlər Səttar Möhbalıyevin himayəsi altında olanlar kef edirlər...
Əhali, çox haqlı olaraq düşünür ki, ölkədə rüşvətxor və korripsionerlərin həbsilə məşğul ola hüquq-mühafizə orqanları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sistemində fəaliyyətdə olan komitə sədrlərinin rüşvət və korrupsiya əməllərindən niyə xəbərsizdirlər?!
Bu cür mənfi hallar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar təşkilatlarında daha geniş yayılıb və komitənin də sədri cənab Səttar Möhbalıyevdir!..
Səkinə