Qazaxıstandan Fransa qırıcılarının alınmasıyla bağlı RƏSMİ AÇIQLAMA

 

Qazaxıstan Müdafiə Nazirliyi ölkə hakimiyyətinin Fransa istehsalı olan “Rafale” qırıcı təyyarələrinin alınmasını müzakirə etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Ölkə.az" xəbər verir ki, bu məsələnin Fransa prezidenti Emmanuel Makronun Qazaxıstana son səfəri zamanı qaldırıldığı iddia edilib.

Nazirlik fransız döyüş təyyarələrinin alınması ilə bağlı heç bir danışıqların aparılmadığını vurğulayıb. Hazırkı mərhələdə Su-30SM təyyarələrinə diqqətin yönəldilməsi barədə qərar verildiyi bildirilib.

0.16052603721619