Milli Məclisin sədri Özbəkistana gedib

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 12-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gəlib.

Bu barədə "Ölkə.az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

“Səmərqənd” Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, senator Gulnora Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarova Asiya Qadın Forumunda iştirak edəcək.

0.20305705070496