İran hər altı saatda bir məhbusu edam edir.
Demokratikmusavat.com Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, İranda hər gün orta hesabla dörd məhbus asılır, yəni hər altı saatda bir nəfər öldürülür.
Statistikaya görə, bu il may ayının ilk 10 günlüyündə İranın məhkəmə sistemi ölkə həbsxanalarında olan 40 məhbusu asıb. Ötən ayın eyni dövrü ilə müqayisədə edamların sayı demək olar ki, 160 faiz artıb. Edam edilənlər arasında qadınlar və siyasi məhbuslar da var.
Edamların 90 faizdən çoxunun gizli şəkildə həyata keçirildiyi vurğulanır.
Ölüm hökmləri daha çox Urmiya, Kirman, İsfahan, Qum, Kirmanşah, Zəncan, Təbriz, Qəzvin, Şiraz və Ərdəbil şəhərlərindəki həbsxanalarda icra olunur