Rusiya ilə Ukrayna arasında sülh danışıqları yalnız Rusiyanın bölünməz təhlükəsizliyinə təminat olduqda mümkündür.
"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Çexiya Prezidenti Petr Pavelin Vaşinqtonda keçiriləcək sammit iştirakçılarının Ukraynaya “ikitərəfli razılaşmalarda təhlükəsizlik təminatları” verəcəkləri barədə sözlərini şərh edərkən deyib.
"Söhbət yalnız ilk növbədə Rusiya üçün bölünməz təhlükəsizliyin etibarlı təminatı ilə mümkündür. Biz onları 2021-ci ilin dekabrında hüquqi qüvvəyə malik sazişdə qarşılıqlı prinsiplər əsasında birləşdirməyi təklif etdik, lakin sonra onlar bizə yalan danışmağa və “NATO-nun açıq qapı siyasəti”ndən bəhs etməyə davam etdilər. Nəticə məlumdur", - L.Slutski bildirib.(Axar.az)