Blinken Fələstinin inzibati mərkəzinə səfər edəcək

 

ABŞ dövlət katibi Antoni Blinken bu gün Fələstinin inzibati mərkəzi Ramallaha səfər edəcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Blinkenin Ramallahdakı proqramı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Fələstinin rəhbər orqanları və prezident Mahmud Abbasın qərargahı bu şəhərdə yerləşir.

0.16680097579956