KOBİA-nın qrantı hesabına innovativ sahibkarlığa dair kitab hazırlanmışdır -FOTO

 

KOBİA-nın qrantı hesabına innovativ sahibkarlığa dair kitab hazırlanmışdır.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 3-cü qrant müsabiqəsi çərçivəsində KOB-ların innovativ fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tövsiyyələrin hazırlanmasına həsr edilimiş layihənin icrası yekunlaşmışdır.

"Demokratikmusavat.com" xəbər verir ki, layihə çərçivəsində KOB-ların innovativ fəaliyyəti üzrə beynəlxalq təcrübə öyrənilmiş, təhlil edilmiş, seçilmiş materiallar sistemləşdirilmiş, beynəlxalq təcrübə yerli şəraitə adaptasiya edilmişdir. Hazırlanmış materiallar əsasında "Kiçik və orta sahibkarlıqda innovativ fəaliyyət" adlı kitab çap edilmişdir. Kitab texnoloji sahibkarlıq sahəsində fəaliyyət göstərən iş adamlarının bu sahədə maariflənməsinə xidmət edəcəkdir. Kitabın KOB evlərində və universitetlərdə təqdimatı nəzərdə tutulur.
Qeyd edək ki, layihə 6 ay davam etmişdir. Layihənin icraçısı müsabiqənin qalibi olmuş fiziki şəxs İ. Əhmədovdur.

"Demokratikmusavat.com"

0.25137114524841