Zakir Həsənov Özbəkistana getdi

 

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

“Ölkə.az” xəbər verir ki, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

0.26816391944885