Venesuelanın neft ixracı artıb – ABŞ qiymətləri "öldürməyə" çalışır

 

Sentyabr ayında dünyanın ən çox neft ehtiyatlarına malik ölkəsi olan Venesuelanın qara qızıl ixracı gündəlik 800 min bareli keçib.

"Ölkə.az" xəbər verir ki, bu, 2023-cü ildə ikinci böyük göstəricidir.

Uzun illər ABŞ sanksiyalarına görə neft hasilatı və ixracı minimuma düşən Venesuelanın ixracının artmasına Vaşinqtonun ötən ilin noyabrında "Chevron" şirkətinə hasilat və ixrac icazəsi verməsi səbəb olub.

"Chevron"un Venesuelada 4 birgə müəssisəsi var. Ötən ay bu müəssisələrin toplam ixracı gündəlik 145 min barelə çatıb. Gələn ildən bu həcmin 200 min barelə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ ötən ilin oktyabrında OPEK+ ölkələri hasilatı bir qədər də azaltmaq qərarı qəbul etdikdən sonra bazara daha çox neft çıxarılmasını təmin etməyə çalışır. Venesuelada hasilat və ixraca qismən yaşıl işıq yandırılması da bununla bağlıdır. Vaşinqtonun hətta İran neftinin ixracının artırılmasına da razılıq verdiyi deyilir.(Musavat.com)

0.2105028629303