Xankəndidəki xunta rejimi “ağ bayraq qaldırmaq üçün” toplaşıb

 

Xankəndidəki xunta rejimin başçısı Samvel Şahramanyan bu məsqədlə “Təhlükəsizlik Şura”sının genişləndirilmiş iclasını çağırıb.

“Ölkə.Az”a “hraparak”a istinadən xəbər verir ki, iclasda Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində yaranmış vəziyyət, mümkün hadisələr, Bakının atdığı addımlar və digər məsələlər müzakirə edilir. 

Şahramanyan qeyd edib ki, Qarabağda yaranmış vəziyyət və onun aradan qaldırılması ilə bağlı beynəlxalq aktorların reaksiyası adekvat deyil və heç bir əməli addım atılmır. “Buna uyğun olaraq əhalinin fiziki təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvafiq addımlar atmağa məcbur olacaq”, - o qeyd edib.

İclasda xunta rejimin keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan da iştirak edir.

Ermənistan mediası xəbər verir ki, Xankəndidəki qanunsuz rejim Yevlaxda Bakı ilə danışıqlara razılıq verib

P.S.  Azərbaycan terrorçulara dəfələrlə xəbərdarlıq etdi, amma deyilənləri qulaqardına vurdular. İndi Azərbaycanın KOMANDO qüvvələri terrorçuları öz başa düşdüyü dildə başa salanda hər şeyi quzu balası kimi başa düşürlər. İki yoldan birini seçmək zorundadırlar. Ya “ağ bayraq” qaldırıb Bakının bütün şərtlərini birmənalı şəkildə qəbul edirlər, ya da tərk edirlər.  Getmək üçün humanitar dəhliz açıqdır. Yol açıqkən gedə bilərlər, yoxsa KOMANDO onları qolu qandallı məhşər ayağına çəkməli olacaq.

Mürtəza
Ölkə.Az

0.14249300956726