Biz Ermənistanı Rusiya ilə birgə İttifaq dövlətində görmürük - Tandilyan

 

Biz Ermənistanı İttifaq dövlətində görmürük (buraya Rusiya və Belarus daxildir – red.), biz bu barədə dəfələrlə danışmışıq. 

“Ölkə.Az” xəbər verir ki, bunu İrəvan meriyasına namizəd Mane Tandilyan deyib.

“Bizim üçün geosiyasi vəziyyətdən və güc mərkəzlərindən asılı olmayaraq, Ermənistanın maraqları prioritetdir”, - o vurğulayıb.

Tandilyan qeyd edib ki, Paşinyanın yeritdiyi siyasət dövlətçiliyimiz üçün dağıdıcıdır: “Biz dövlətimizin yox olmasını istəmiriksə, Ermənistanı toqquşma zonasına çevirməməliyik. İndi hakimiyyət uzaqgörməyən siyasəti ilə məhz bunu edir”, - o əlavə edib.

P.S: Qeyd edək ki, Tandilyanın təmsil olunduğu “Həyat üçün ölkə” partiyası Ruben Vardanyana yaxınlığı ilə seçilir və Vardanyan İrəvan seçicilərini onlara səs verməyə çağırıb.

Mürtəza
Ölkə.Az

0.16920614242554