Liparityan - Azərbaycanla müqavilə imzalamaq mümkündür

 

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana təklif etdiyi şey mümkündür.

"Demokratikmusavat.com" xəbər verir ki, bunu Ermənistanın birinci prezidentinin müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlar aparan Jirayr Liparityan Massaçusetsdəki erməni beyin mərkəzlərindən birində çıxışı zamanı deyib.

 “Azərbaycan prezidenti deyir ki, Qarabağ onun daxili işidir. Beynəlxalq ictimaiyyət də bununla razılaşır. Hər dəfə özümüzə qeyri-real məqsədlər qoyduqda daha çox itirməyə meyilli oluruq. Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibədə qalib gəldikdən sonra bir sıra variantları var idi, Ermənistan isə uduzmamış kimi davrandı" - o bildirib.

 

0.27453804016113