Fransızlar Üçüncü Qarabağ müharibəsinə təhrik edir - "Rybar"

 

Fransızların köməyi ilə ermənilər yeni müharibə yolunda ruhlanır.

Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya təbliğatçı kimi tanınan və ölkənin Müdafiə Nazirliyi ilə əlaqəli olan teleqram kanalı "Rybar" yazıb.

Qeyd edilir ki, zahirən Parisin etdikləri tanınmamış rejimə dəstək kimi görünür:

Teleqram kanalı Fransanın Azərbaycanı təcavüzdə ittiham etməsini, silah satışı, müntəzəm olaraq "Laçın" postu ilə bağlı çağırışları misal gətirir.

"Ancaq daha dərindən araşdırsanız, aydın olur ki, Qarabağ ermənilərinə bu cür fəal dəstəyi, qaçılmaz silahlı qarşıdurmaya gətirib çıxarır. Çünki məlum səbəblərə görə, Bakı geri çəkilməyəcək”, - deyə bildirilir.

 

 

0.1442859172821