İranda partlayış olub, ölənlər var

 

İranın Simnan vilayətində kömür mədənində partlayış baş verib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubunun (YJC) məlumat yayıb. Bildirilib ki, hadisə vilayətin Damqan rayonundakı Rezmcah Tezareh kömür mədənində qeydə alınıb.

İlkin məlumata görə, partlayış nəticəsində 6 nəfər ölüb.

Qeyd edilib ki, partlayışla əlaqədar ətraf əyalət və rayonlardan axtarış-xilasetmə qrupları hadisə yerinə göndərilib.

Billurə

0.25998902320862