KİV: “NATO 2025-ci ilə qədər parçalana bilər”

 

NATO Ukraynadakı münaqişə və ABŞ-ın Rusiya prezidenti Vladimir Putinlə ehtimal yaxınlaşması səbəbindən 2025-ci ilə qədər parçalana bilər.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “The Atlantic” nəşri yazıb.

“Dağılmanın bilavasitə katalizatoru Ukraynadakı müharibə olacaq. Bu, Şimali Atlantika Müqaviləsi Təşkilatının parçalanmasına gətirib çıxaracaq və Avropa dövlətləri hadisələrin belə inkişafına hazır deyillər”, - nəşr yazıb.

Məqalədə qeyd olunub ki, Avropanın təhlükəsizlik sahəsində maraqları və ABŞ Respublikaçılar Partiyasının prioritetləri çox fərqlidir. Ona görə də avropalılar Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə müstəqil siyasətə hazırlaşmalıdırlar:

“Bu, ABŞ-ı Avropa üçün daha az etibarlı müttəfiq edəcək və o, belə bir dönüşə hazır olmalı olacaq. Əgər Vaşinqton Ukraynanı maliyyələşdirməyi dayandırsa, o zaman Avropa yardım itkisini kompensasiya edə bilməyəcək”.(Report)

0.17172384262085