Şimali Koreya bir neçə raket atdı

 

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Sarı dənizə bir neçə qanadlı raket atdığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, raket buraxılışı sentyabrın 2-də yerli vaxtla səhər saat 4:00 radələrində baş tutub. Raketlərin hansı tip olduğu barədə məlumat verilməyib.

Cənubi Koreya ordusu "ABŞ ilə sıx əməkdaşlıq şəraitində" tam hazır vəziyyətdə olduğunu bildirib.

Agentlik qeyd edir ki, raket buraxılışları Cənubi Koreya və ABŞ-ın birgə keçirdiyi "Ulchi Freedom Shield" təlimlərindən bir neçə gün sonra həyata keçirilib. Pxenyan təlimləri sərt tənqid edib.

0.17852592468262