Fransadan Niger bəyanatı: yeni gərginliklərə cavab verməyə hazırıq

 

Fransa ordusu Nigerdəki Fransa hərbi və diplomatik aktivlərinə zərər vurmağa yönəlmiş istənilən yeni gərginliyə cavab verməyə hazırdır. 

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fransa Baş Qərargahı məlumat verib.

Belə ki, Fransanın Niger Silahlı Qüvvələri ilə hərbi əməkdaşlığı iyulun 26-da başa çatıb. Buna görə də Fransa qoşunlarının Nigerdəki fəaliyyətinin Niamey aviabazası və irəli müşahidə məntəqələri ilə məhdudlaşdığı bildirilib.

Xatırladaq ki, Fransanın Niameydəki səfiri Silvain İttenə avqustun 25-də ölkəni tərk etmək üçün 48 saat verilib. Ölkəni tərk etmədiyi halda toxunulmazlığı qaldırılacaq və deportasiya ediləcək.

Fransa Prezidenti Emmanuel Makron avqustun 28-də Parisdə səfirlərin 29-cu konfransında çıxışı zamanı təzyiqlərə baxmayaraq səfirin Niameydə qalacağını bildirib.

Günay

0.23397088050842