ÜST: Yəməndə 7 ayda 413 nəfər ölüb

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə qızılcadan 7 ayda 413 nəfərin öldüyünü açıqlayıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, yoluxma hallarının artmasının və insan itkisinin iqtisadi vəziyyətin pisləşməsi, gəlirlərin azalması kimi səbəblərdən qaynaqlandığı bildirilib.

İlin əvvəlindən iyulun sonuna kimi 34 300 qızılca və məxmərək xəstəliyi aşkar edilib. 

Qeyd edək ki, keçən il eyni səbəbdən 27 min yoluxma və 220 ölüm qeydə alınıb. 

Vətəndaş müharibəsi və onun fəsadları səbəbindən Yəməndə səhiyyə sektorunda ciddi tibbi avadanlıq çatışmazlığı var.

Günay

0.19085693359375