Rusiyanın Qarabağda qalmaq imkanı yoxdur - Modest Kolerov

 

Rusiyanın artıq Qarabağda qalmaq üçün heç bir imkanı yoxdur.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu rusiyalı ekspert Modest Kolerov deyib.

Onun obrazlı ifadəsinə görə, sülhməramlıların özləri Qarabağda “quş hüququna” malikdirlər.

Mütəxəssis bunu Azərbaycanın onlara hüquqi cəhətdən sülhməramlı mandatının verməməsi ilə izah edib. “Bakının rus sülhmərmalılarının mandatını uzadacağına da əmin deyiləm”, - Kolerov bildirib.

O hesab edir ki, sülhməramlılar döyüşməyəcək, çünki təfərrüatlı mandat olmadan heç bir hərəkət legitim olmayacaq.

“Əgər Ukraynada vəziyyət indi başa çatmağa, Kiyevin təslim olmasına yaxınlaşsaydı, Rusiyanın Qarabağ məsələsində mövqeləri güclənərdi və hətta Azərbaycan da bu faktı etiraf etməli olardı. Amma bu hələ baş verməyib və gələn il də olmayacaq.

Bu vəziyyətdə Paşinyanın niyə sevindiyi bəlli deyil? Niyə Ukraynada Rusiyanı dəstəkləmir? O, başa düşmür ki, Rusiya Ukraynada nə qədər çox məşğul olsa, Qarabağ və Ermənistan üçün bir o qədər pisdir?”, - deyə ekspert bildirib.

O əmindir ki, uzun müddətdir, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun mənası yoxdur: “Çünki Rusiyanın Cənubi Qafqazda maraqları Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaları ilə tam təmin olunub.

Rusiyanın Gümrü və Erebunidəki bazaları təcrid olunub, blokadaya alınıb və Ermənistandan qeyri-dost siyasi mühitdədir. Onlar çox uzun müddətdir, mənasızdırlar, Rusiyanın maraqlarını qorumurlar, Paşinyanın əlində girovdurlar. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır”, - Kolerov vurğulayıb.

Onun fikrincə, bu hadisələrdən sonra Türkiyənin bölgədə nüfuzunun mümkün güclənməsi Rusiya üçün təhlükə yaratmır.

“İqtisadi baxımdan Türkiyə Ermənistanda çoxdan mövcuddur, qatar artıq yola düşüb. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan artıq NATO-ya yönlənmək istəyir. Bununla da Türkiyə Ermənistanın NATO qismində müttəfiqi olacaq.

Fransanın fəaliyyətinə gəlincə, o, ancaq özünü böyük dövlət kimi qələmə verir. Bu ölkənin prezidenti, hətta Parisdə belə, işləri qaydaya sala, talanlarla məşğul ola bilmir. O, Cənubi Qafqazda nə edə bilər? Heç nə”, - deyə o, yekunlaşdırıb.

Mürtəza
Demokratikmusavat.com

0.21305584907532