ABŞ-də baş verən qəzada ölənlər olub - VİDEO (YENİLƏNİB)

 

ABŞ-nin Florida ştatında yanğın söndürmə helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin olduğu bildirilib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Səlahiyyətlilər yanğından mühafizə rəisinin öldüyünü söyləyib. Bundan əlavə, helikopterin düşdüyü binada mənzildə yaşayan qadın da həyatını itirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

Günay

***

ABŞ-nin Florida ştatında yanğından mühafizə helikopteri qəzaya uğrayıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Sosial şəbəkələrdə yayılan videoda mənzilə çırpılan helikopterdən tüstü çıxdığı və qəzadan əvvəl içərisində 3 nəfərin olduğu görülüb.

Qəzada yaralanan iki nəfərin xəstəxanaya aparıldığı bildirilib.

0.23814702033997