İrəvanla Bakı arasında yeni məsləhətləşmələr keçiriləcək - Nazir

 

Brüsseldəki son danışıqlar göstərdi ki, Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındırlar.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Belçikanın xarici və Avropa işləri, xarici ticarət, federal mədəniyyət institutları naziri Aca Labib avqustun 22-də İrəvanda keçirdiyi brifinqdə deyib.

“Brüsseldə İrəvanla Bakı arasında yeni məsləhətləşmələr keçiriləcək və biz ümid edirik ki, onlar tarixi dönüşə səbəb olacaq. Bu məqsədə çatmaq üçün tərəflər Aİ-nin dəstəyinə arxalana bilərlər”, - Belçikalı nazir qeyd edib.

Nazir Labib vurğulayıb ki, dövlət başçıları erməni və Azərbaycan xalqlarının sülh şəraitində yaşaması üçün hər şeyi etməlidirlər.

O eyni zamanda əlavə edib ki, Ukraynadakı münaqişə Cənubi Qafqaza mənfi təsir göstərir.

Mürtəza
Demokratikmusavat.com

0.16758108139038