Dünya şöhrətli müğənni ikinci dəfə ana oldu

 

Doqquz Qremmi mükafatçısı, dünya şöhrətli müğənni Rihanna ikinci dəfə ana olub.

Demokratikmusavat.com xarici mediaya istinadla xəbər verir ki, onun ikinci övladı da oğlandır.

Məlumata görə, uşaq avqustun 3-də anadan olub.

Yeni doğulan körpənin adı hələ açıqlanmayıb. Onun adının böyük qardaşı Rza kimi “R” hərfi ilə başladığı bildirilir.

Xatırladaq ki, Barbadoslu müğənni 12 fevral 2023-cü ildə “Super Bowl” çıxışında pərəstişkarlarına sevindirici xəbəri verib. O, ikinci övladına hamilə olduğunu açıqlayıb.

Rihanna ilk övladını 2022-ci il mayın 13-də qucağına alıb.

Günay

0.15714693069458