İsveç və Danimarka "Əl-Qaidə" terror təşkilatının hədəfindədir

 

“Əl-Qaidə” terror təşkilatı rəsmi media kanalı “Əs-Sahab” vasitəsilə Danimarka və İsveçi təhdid edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bəyanatda İsveç və Danimarkada Quranın yandırılmasına cavab olaraq bu ölkələrə və onların xarici nümayəndəliklərinə hücumlar edilməsi çağırışı edilib.

Danimarka Polis Kəşfiyyat Xidməti təhlükəni təsdiqləyib. Mövcud vəziyyəti yaxından izlədiklərini və həm yerli, həm də digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq etdiklərini açıqlayıb.

Avropa Düşüncə Mərkəzinin baş analitiki bildirib ki, təhdid bəyannaməsi müsəlman dünyasının əksər hissəsinin qəzəbinə səbəb olan Quran yandırma hadisələrinin nəticəsidir.

“Onlar Danimarka və İsveçi öldürmə siyahısında birinci yerə qoyublar. Sözsüz ki, dinləyənlər olacaq, lakin onların nə qədər nail ola biləcəklərini söyləmək çətindir. Amma niyyət bəllidir.”

Qeyd edək ki, "Əl-Qaidə" 2015-ci ilin yanvarında Parisdə fransız yumor jurnalı “Charlie Hebdo”nun baş ofisinə basqın edərək 12 nəfəri öldürmüşdü.

Günay

0.18073511123657