Rusiyadan Qərbi Ukraynaya hava hücumu: ölənlər var

 

Rusiya Ukraynanın Lvov şəhəri və Ukraynanın qərbindəki Volın vilayətinə hava hücumu təşkil edib.

Demokratikmusavat.com "Milliyet" qəzetinə istinadla xəbər verir ki, bu barədə Volın vilayətinin qubernatoru Yuriy Poulyaiko açıqlama verib.

“Rusiya ordusu Volın vilayətinin Lutsk şəhərində sənaye müəssisəsinə hücum edib. Hadisə nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb".

Lvov qubernatoru Maksim Zinovyeviç isə Lvovda azı 15 nəfərin yaralandığını bildirib.

"6 dron onlarla binanı və uşaq bağçasının bağını vurub. Burada 10 yaşlı uşaq dünyasını dəyişib".

 

 

0.36472010612488