Türkiyə səmasında nadir hadisə: On minlərlə insan izlədi - VİDEO

 

Avqustun 12-dən 13-ə keçən gecə Türkiyə səması nadir təbiət hadisələrindən birinə şahidlik edib.

Belə ki, ölkə sakinləri və qonaqları böyük maraqla Perseid meteor yağışını izləmək imkanı əldə ediblər.

Xalq arasında düşən ulduzlar kimi tanınan meteorlar xüsusilə Antalya, İstanbul, İzmir kimi böyük şəhərlərin səmasını işıqlandırıb.

Məlumata görə, gecə ərzində yüzədək “düşən ulduz” müşahidə edilib.
Qeyd edək ki, 1992-ci ildən müşahidə edilən Perseid meteor yağışı “Swift-Tuttle” kometinin qalıqlarından ibarətdir. Bu il səma cisimləri şousu iyulun 14-də başlayıb və sentyabrın 1-dək davam edəcək. Meteor yağışının ən intensiv olduğu vaxt isə ötən gecəyə təsadüf edib.

0.20881104469299