Ərdoğan Azərbaycanla bağlı sənədi TƏSDİQLƏDİ

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

Demokratikmusavat.com xəbər verir ki, məlumatı “Resmi Gazete” yayıb. Sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir.

Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.

Saziş mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Ərdoğan Azərbaycanla münasibətlərin gücləndirilməsi üçün Azərbaycan-Türkiyə sənədinin təsdiq edilməsi kimi bir adım atdı. Sənəd Azərbaycan və Türkiyə arasında siyasət, texniki, mədəniyyət və ekonomiyada qarşılıqlı əməkdaşlığı təmin edərək iki ölkə arasındakı dostluğu gücləndirir.

0.14365983009338