Trampdan prezident seçkiləri ilə bağlı açıqlama

 

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ona qarşı irəli sürülən ittihamlarla mühakimə olunsa belə, 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün kampaniyasını davam etdirəcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bunu qatıldığı radio verilişində bildirib.

Keçmiş ABŞ Prezidenti ona qarşı irəli sürülən ittihamların onun səs nisbətlərini artırdığını da vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2024-cü il mayın 20-də mühakimə olunacaq.Tramp məxfi dövlət sənədlərini gizlətməkdə ittiham olunur.

0.15014314651489