Rostovda güclü partlayış: Bir neçə metr dərinlikdə çuxur əmələ gəldi - VİDEO

 

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində güclü partlayış baş verib.

Məlumata görə, partlayış Admiral Kruys küçəsindəki “Lazurnıy” su parkının ərazisində olub.

Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, partlayış dalğasından yaxınlıqdakı evlərin şüşələri qırılıb, avtomobillərin siqnalizasiyası işə düşüb.

Partlayış yerində bir neçə metr dərinlikdə çuxur əmələ gəlib, dağıntılar var.

Hadisə şahidlərinin sözlərinə görə, birincisi güclü, ikincisi bir qədər zəif olmaqla iki partlayış olub.
Nəticədə azı 15 nəfər xəsarət alıb, yaralıların sayının arta biləcəyi bildirilir.

Partlayış yerində mərmi qalıqları tapılıb.

0.27045392990112