İran Ermənistana görə Rusiyanı da sıxışdırır

 

İran Ermənistana hərbi dəstəyini genişləndirə bilər.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklər hesab edirlər ki, Rusiya hökuməti İranın İrəvana “Şahed” pilotsuz təyyarələri verməklə Ermənistanda Rusiyanın təsirini sıxışdırmaq cəhdlərini azaltmaq üçün üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşünü keçirmək niyyətində ola bilərdi. 

İnstitut İsrailin i24News agentliyinin məlumatına istinadən qeyd edir ki, Ermənistan son vaxtlar Azərbaycana qarşı bir neçə təxribatda İranın Şahed pilotsuz təyyarələrindən istifadə edib.

Həmçinin əlavə olunur ki, İranın Ermənistana pilotsuz təyyarələr verməsi, Türkiyə kimi Azərbaycanı da guya “artan təhlükə” kimi qəbul etməsi deməkdir.

Demokratikmusavat.com

0.19543194770813