Zaqatalanın Fındıqlı kənd sakinləri "Açıq mikrofon"da

 

SOCAR "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı Zaqatala rayonunun Fındıqlı kəndində təşkil olunub. Adıçəkilən kəndin aksiyada iştirak edən sakinlərinin istəkləri eyni olub. Onlar qaz xətti yeni çəkilən Fındıqlının fərdi yaşayış evlərinin də qazlaşdırılmasını xahiş ediblər. "Səyyar qəbul otağı"na rayonun Çobankol, Qımır, 3-cü Tala kəndlərindən və Şimal-Qərb massivindən qatılan sakinlər isə qeyd olunan ərazilərin qazlaşdırılmasını istəyiblər. Ünvanlanan müraciətlər barədə Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara ətraflı məlumat verildikdən sonra problem və təkliflər aidiyyəti üzrə yönləndirilib.

"Demokratikmusavat.com"

0.19660305976868