Priqojin Putinin yaxınlığında – Sensasiya

 

“Əsas üsyançı”, “Vaqner”in rəhbəri Yevgeni Priqojin iyulun 27-də Sankt-Peterburqda başlayan Rusiya-Afrika forumuna qatılıb. Bu isə mediada sensasion xəbər kimi təqdim edilib.

Demokratikmusavat.com xarici mediaya istinadən xəbər verir ki, çünki həmin forumda Rusiya prezidenti Vladimir Putin də iştirak edir.

Onun Mərkəzi Afrika Respublikasının (MR) səfiri Leon Dodonu ilə birgə şəklini xarici sosial şəbəkədəki səhifəsində CAR-dakı Rus Evinin rəhbəri Dmitri Sıtıy yerləşdirib. 

Bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.

Şəkildə mavi cins şalvar və ağ köynək geyinmiş Yevgeni Priqojin klassik iş kostyumu geyinmiş Dodonla bəzəkli pilləkən fonunda əl sıxır. 

“Cənab səfir mənimlə Rusiya-Afrika sammitindən ilk fotoları paylaşdı. Tanış simalar görürük”, - Sıtıy yazıb.

 

0.26462006568909