Nazirlər Kabineti utilizasiya fonduna dair təklif hazırlayacaq

 

Nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılacaq.

"Demokratikmusavat.com"ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində nəqliyyat vasitələrinin utilizasiyası fondunun yaradılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

0.15394902229309