U-16 millimiz Avropa çempionatının finalında

 

Azərbaycan millisi Kosovanın paytaxtı Priştinada 16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyununu keçirib.

Demokratikmusavat.com xəbər verir ki, yarımfinalda U-16 millimiz Andorra yığmasını 87:64 hesabı ilə məğlub edərək Avropa çempionatının finalına vəsiqə qazanıb.

Finalda millimizin rəqibi Kipr-Kosova cütünün qalibi olacaq. Oyun iyulun 27-də keçiriləcək.

0.27933192253113