Putin: Rusiya Afrikadakı yoxsulluqla mübarizə aparacaq

 

Moskva bu dövlətlərdə ticarəti, investisiyaları stimullaşdıracaq və yoxsulluqla mübarizə aparacaq. 

Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika İqtisadi və Humanitar Forumunda çıxış edərkən bildirib.

O söyləyib ki, Afrika formalaşmaqda olan çoxqütblü dünyanın qütblərindən biri kimi özünü getdikcə daha inamla təsdiq edir.

“Son illər Rusiya ilə Afrika arasında əməkdaşlıq yeni səviyyəyə çatıb, Moskva bunu daha da inkişaf etdirmək niyyətindədir. Rusiya afrikalı tərəfdaşlara regional və qlobal problemlərin həllində daha fəal iştirak etmək üçün hər cür kömək etməyə davam edəcək”.

Demokratikmusavat.com

0.20627999305725